Bank

Azərbaycan bankının sədri işdən çıxıb, müvəqqəti sədr təyin edilib

Azərbaycan bankının sədri işdən çıxıb, müvəqqəti sədr təyin edilib | FED.az
17:09 2 Sentyabr 2019

“Expressbank” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik edilib.

FED.az xəbər verir ki, bankın İdarə Heyətinin sədri İlham Həbibullayev öz istəyi ilə vəzifəsindən ayrılıb. “Expressbank”ın Müşahidə Şurasının qərarına əsasən Bankın İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyəti sədrinin müavini Mehman Məmmədova həvalə olunub.

Eləcə də bax: Azərbaycanda bank rəhbəri işdən azad edildi - EKSKLÜZİV

Mehman Məmmədov Azərbaycan İnşaat Mühəndisləri Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 24 illik bank təcrübəsi olan Mehman Məmmədov 2012-ci ildən “Expressbank”da Kredit departamentinin direktoru vəzifəsində işləyib. 2017-ci ildən İdarə Heyətinin üzvü, 2018-ci ildən İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Fitch Rating beynəlxalq reytinq agentliyi “Expressbank”ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib. Pərakəndə və biznes bankçılıq sahəsində geniş məhsul çeşidi və xidmətlər göstərən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur.

Digər xəbərlər