Yusif Əliyev Bankın Kiçik biznesin müştəriləri ilə iş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
FED.az xəbər verir ki, bu təyinata qədər Yusif Əliyev Yelo Bank-da Mikrobiznes müştəriləri departamentinin direktor müavini vəzifəsini icra edib.

O, Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq ticarət” ixtisası üzrə bitirib.
17 ildən artıq bu sahədə təcrübəyə malik olan Əliyev, karyerasını AccessBank-da başlayıb.
Rəşad Aslanov isə Kiçik biznesin müştəriləri ilə iş idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Karyerası ərzində ölkənin aparıcı banklarında müxtəlif rəhbət vəzifələrdə fəaliyyət göstərib.
Aslanov Azərbaycan Dövlət Neft Akademiyasını “İnformatika və hesablama texnikası” ixtisası üzrə bitirib. Biznesin təşkili və idarə edilməsi istiqaməti üzrə Master of Business Administration (MBA) dərəcəsinə malikdir.





![VTB (Azərbaycan)-da yeni kadr təyinatı -[red] HƏYATA KEÇİRİLİB[/red] | FED.az](upload/news/small/4021121.jpg)
![VTB (Azərbaycan)-da yeni kadr təyinatı -[red] HƏYATA KEÇİRİLİB[/red] | FED.az](upload/news/small/4874813.jpeg)
![VTB (Azərbaycan)-da yeni kadr təyinatı -[red] HƏYATA KEÇİRİLİB[/red] | FED.az](upload/news/small/4695767.jpeg)










