Azərbaycanda dövlət qurumları mühafizə xidmətlərinə milyonlarla manat vəsait xərcləyir. Şəffaflığın təmin edilməsi məqsədi ilə dövlət qurumları mühafizə xidmətlərini tender elan edərək seçirlər. Tenderlərdə dövlət qurumlarının mühafizəsini üstlənən əsas şirkətlərdən biri də “Gesco” ASC (VÖEN: 1300664041) olub. Bu şirkət dövlət qurumlarının, xüsusilə də ölkədəki universitet və Elm və Təhsil Nazirliyinə tabe olan digər idarələrin tenderlərinin aktiv qalibi olur.
UNEC-in mühafizəsinə 670 min xərclənəcək – TENDER NƏTİCƏSİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin əvvəlindən iyul ayının 7-ə kimi şirkət müxtəlif dövlət qurumlarından ümumi dəyəri 16 milyon 423 min manat olan tenderlər udub. Bununla yanaşı, dövlət qurumları şirkətə 2025-ci ildə 23 milyon 123 min manatlıq, 2024-cü ildə isə 4 milyon 952 min manatlıq iş həvalə ediblər. Ümumilikdə son iki ildə, - yəni 2024-cü ilin may ayının 10-dan bu ilin iyul ayının 7-ə kimi şirkət 44 milyon 498 min manatlıq tenderlərin qalibinə çevirilib.
Bu il şirkət 2 irihəcmli tenderin qalibi olub. Belə ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2026-cı il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satınalınması üçün şirkətə 7 milyon 16 min manat ödəyib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də müxtəlif şəhər və rayonlarında yerləşən və mühafizəyə ehtiyacı olan dövlət əmlaklarında 2026-cı il üzrə (gün ərzində 24 saat olmaqla) mühafizə xidmətləri üçün satın alınması üçün şirkətə 7 milyon 170 min manat ödəniş edib.
“Gesco” ASC 2025-ci ildə də bu idarələrin eyni tenderlərini udub. Belə ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2025-ci il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satınalınması üçün şirkətə 5 milyon 419 min manat ödəyib. Yəni builki müqavilədən 1 milyon 597 min manat daha az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də müxtəlif şəhər və rayonlarında yerləşən və mühafizəyə ehtiyacı olan dövlət əmlaklarında 2025-ci il üzrə (gün ərzində 24 saat olmaqla) mühafizə xidmətləri üçün satın alınması üçün şirkətə 7 milyon 855 min manat, - yəni 685 min manat daha çox ödəniş edib.
2024-cü ildə şirkət bu dövlət qurumlarının mühazifə xidmətini həyata keçirməyib.
Bundan başqa, “Gesco” ASC əsasən universitetlərin və təhsil idarələrinin mühafizəsini həyata keçirməklə məşğuldur. 2024-2026-cı illərdə “Gesco” ASC bir sıra universitetlərin, Peşə Təhsil Mərkəzlərinin, Universitetlərin nəzdində fəaliyyət göstərən kolleclərin və bəzi akademiyaların mühafizəsini həyata keçirib.
Qeyd edək ki, “Gesco” ASC 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 4 min manat olan şirkətin qanuni təmsilçisi Camalzadə Murad Fərrux oğludur.
“Gesco” ASC-nin 2024-2026-cı illər ərzində qalibi olduğu tenderlər haqqında daha ətraflı:
|
S/N |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
1 |
“Azərbaycan Dövlət İqtisad Universiteti” PHŞ |
Mühafizə xidməti |
667 035 AZN |
07.07.2026 |
|
2 |
“Azərbaycan Dövlət İqtisad Universiteti” PHŞ |
“Məzun günü” tədbirinin keçirilməsi ilə bağlı mühafizə xidmətinin satınalınması |
5 098 AZN |
08.06.2026 |
|
3 |
"Azərbaycan Dövlət İqtisad Universiteti”nin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci" PHŞ |
Mühafizə xidmətinin satın alınması |
105 634 AZN |
25.05.2026 |
|
4 |
"Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ |
2026-cı il üçün mühafizə xidmətinin satın alınması |
48 144 AZN |
22.05.2026 |
|
5 |
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialı |
Mühafizə xidmətinin satınalınması |
89 129 AZN |
17.05.2026 |
|
6 |
"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ |
Mühafizə xidmətinin satınalınması |
47 949 AZN |
01.04.2026 |
|
7 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi |
2026-cı il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satınalınması |
7 016 259 AZN |
19.02.2026 |
|
8 |
"Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ |
2026-cı il üçün mühafizə xidmətinin satın alınması |
248 083 AZN |
16.02.2026 |
|
9 |
"Turizm və Sosial Xidmətlər Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ |
2026-cı il üçün mühafizə xidmətinin satınalınması |
206 736 AZN |
16.02.2026 |
|
10 |
"Bərdə Dövlət Peşə TƏhsil Mərkəzi" PHŞ |
2026-cı il üçün mühafizə xidmətinin satın alınması |
41 347 AZN |
12.02.2026 |
|
11 |
"Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ |
2026-cı il üçün mühafizə xidmətinin satın alınması |
165 389 AZN |
09.02.2026 |
|
12 |
"İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ |
Mühafizə xidmətinin satınalınması |
165 389 AZN |
09.02.2026 |
|
13 |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti |
Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən və mühafizəyə ehtiyacı olan dövlət əmlaklarında 2026-cı il üzrə (gün ərzində 24 saat olmaqla) mühafizə xidmətləri üçün satın alınması |
7 169 633 AZN |
16.01.2026 |
|
14 |
Azərbaycan Memarlıq və İnşaat Universiteti |
2026-cı il üçün mühafizə |
332 477 AZN |
14.01.2026 |
|
15 |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı |
Mühafizə xidmətlərinin satınalınması |
35 978 AZN |
12.01.2026 |
|
16 |
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi |
Mühafizə xidmətinin təşkilinin satın alınması |
79 098 AZN |
06.01.2026 |
|
CƏMİ 2026 - 16 423 378 AZN |
||||
|
17 |
"Azərbaycan İdman Akademiyası" PHŞ |
2026-cı il üçün mühafizə xidmətinin satınalınması |
242 490 AZN |
29.12.2025 |
|
18 |
"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ |
"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ və nəzdində fəaliyyət göstərən UFAZ üçün tələb olunan mühafizə xidmətləri |
684 324 AZN |
29.12.2025 |
|
19 |
"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ |
"Mühafizə xidmətləri"nin satın alınması |
85 045 AZN |
29.12.2025 |
|
20 |
"Bakı Dövlət Universiteti" PHŞ |
Bakı Dövlət Universitetinin tədris və inzibati binalarının, eləcə də ərazilərin mühafizəsi üzrə xidmətlərin satın alınması |
965 358 AZN |
29.12.2025 |
|
21 |
"Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec" PHŞ |
Mühafizə xidmətinin satınalınması |
14 160 AZN |
26.12.2025 |
|
22 |
Azərbaycan Tibb Universiteti |
Azərbaycan Tibb Univesiteti üçün 2026-ci il üzrə Mühafizə Xidmətinin satın alınması. |
708 113 AZN |
25.12.2025 |
|
23 |
"Yeni Klinika" PHŞ |
2026-cı ilin mühafizə xidməti |
699 929 AZN |
24.12.2025 |
|
24 |
Azərbaycan Dövlət Pedaqoji Universiteti |
2026-cı il üçün mühafizə xidmətinin satınalınması |
482 814 AZN |
23.12.2025 |
|
25 |
Azərbaycan Dillər Universiteti |
Mühafizə xidmətinin satınalınması |
239 332 AZN |
22.12.2025 |
|
26 |
Bakı Slavyan Universiteti |
2026-cı il üçün mühafizə xidmətlərinin satın alınması |
179 096 AZN |
22.12.2025 |
|
27 |
Bakı Dövlət Universitetinin Qazax Filialı |
Mühafizə ximdətinin satınalınması |
140 977 AZN |
15.12.2025 |
|
28 |
Dövlət İdarəçilik Akademiyası |
2026-cı il üçün İnzibati-tədris binasının mühafizə xidməti |
97 732 AZN |
08.12.2025 |
|
29 |
"Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kollec" PHŞ |
Mühafizə xidmətinin satınalınması |
46 091 AZN |
08.12.2025 |
|
30 |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Mühafizə xidmətinin satınalınması |
55 068 AZN |
03.12.2025 |
|
31 |
Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ |
Mühafizə xidmətinin satın alınması |
149 960 AZN |
28.11.2025 |
|
32 |
"Bakı Mühəndislik Universiteti" PHŞ |
Mühafizə xidməti |
405 826 AZN |
26.11.2025 |
|
33 |
"Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci" PHŞ |
Mühafizə xidmətinin satın alınması |
67 402 AZN |
07.11.2025 |
|
34 |
"Azərbaycan Minatəmizləmə Agentliyi" PHŞ |
Mühafizə xidməti |
910 205 AZN |
03.09.2025 |
|
35 |
"Azərbaycan Metrologiya İnstitutu" PHŞ |
Mühafizə xidmətinin satın alınması |
24 922 AZN |
16.09.2025 |
|
36 |
"Azərbaycan Dövlət İqtisad Universiteti" PHŞ |
“Məzun günü” tədbirinin keçirilməsi ilə bağlı mühafizə xidmətinin satınalınması |
5 098 AZN |
12.06.2025 |
|
37 |
"Azərbaycan Dövlət İqtisad Universiteti" PHŞ |
Mühafizə xidməti |
650 015 AZN |
05.06.2025 |
|
38 |
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialı |
Mühafizə xidmətinin satınalınması |
89 129 AZN |
15.05.2025 |
|
39 |
"Azərbaycan Dövlət İqtisad Universiteti”nin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci" PHŞ |
Mühafizə xidmətinin satınalınması |
105 634 AZN |
14.05.2025 |
|
40 |
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi |
2025-ci il üçün mühafizə xidmətinin satın alınması |
71 670 AZN |
07.05.2025 |
|
41 |
"Azərbaycan Minatəmizləmə Agentliyi" PHŞ |
Mühafizə xidmətinin satın alınması |
65 136 AZN |
07.05.2025 |
|
42 |
"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ |
Mühafizə xidmətlərinin satınalınması |
43 489 AZN |
08.04.2025 |
|
43 |
"Bərdə Dövlət Peşə TƏhsil Mərkəzi" PHŞ |
Mühafizə xidmətinin satınalınması |
39 482 AZN |
04.03.2025 |
|
44 |
"Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ |
Mühafizə xidmətinin satın alınması |
205 037 AZN |
12.02.2025 |
|
45 |
"Bakı Dövlət Universiteti" PHŞ |
Bakı Dövlət Universitetinin tədris və inzibati binaların,eləcə də ərazilərin mühafizəsi üzrə xidmətərin satın alınması |
923 232 AZN |
11.02.2025 |
|
46 |
"İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ |
Mühafizə xidmətinin satınalınması |
118 440 AZN |
05.02.2025 |
|
47 |
"Turizm və Sosial Xidmətlər Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ |
2025-ci il üçün mühafizə xidmətinin satın alınması |
205 033 AZN |
03.02.2025 |
|
48 |
"Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ |
2025-ci il üçün mühafizə xidmətinin satın alınması |
157 920 AZN |
28.01.2025 |
|
49 |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti |
Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən və mühafizəyə ehtiyacı olan dövlət əmlaklarında 2025-ci il üzrə (gün ərzində 24 saat olmaqla) mühafizəsi |
7 854 835 AZN |
27.01.2025 |
|
50 |
"Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec" PHŞ |
Mühafizə xidmətinin satınalınması |
14 160 AZN |
21.01.2025 |
|
51 |
"Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kollec" PHŞ |
Mühafizə ximdətinin satınalınması |
43 245 AZN |
09.01.2025 |
|
52 |
Azərbaycan Dillər Universiteti |
ADU PHŞ mühafizə xidmətinin satınalınması |
220 097 AZN |
08.01.2025 |
|
53 |
"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ |
"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ və onun nəzdində fəaliyyət göstərən UFAZ üçün tələb olunan mühafizə xidmətlərinin satın alınması |
628 676 AZN |
08.01.2025 |
|
54 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi |
2025-ci il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satınalınması |
5 419 029 AZN |
08.01.2025 |
|
55 |
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci |
Mühafizə xidməti haqqı |
28 918 AZN |
07.01.2025 |
|
56 |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı |
Mühafizə xidmətinin satınalınması |
35 973 AZN |
06.01.2025 |
|
CƏMİ 2025 - 23 123 092 AZN |
||||
|
57 |
Bakı Slavyan Universiteti |
Mühafizə xidmətinin satınalınması |
166 125 AZN |
29.12.2024 |
|
58 |
"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ |
"Mühafizə xidmətləri"nin satın alınması |
85 002 AZN |
29.12.2024 |
|
59 |
"Yeni Klinika" PHŞ |
2025-ci ilin mühafizə xidməti |
698 626 AZN |
28.12.2024 |
|
60 |
Azərbaycan Turizm və Menecment Universiteti |
Mühafizə xidmətinin satınalması |
62 446 AZN |
28.12.2024 |
|
61 |
Azərbaycan Memarlıq və İnşaat Universiteti |
2025-ci il üçün mühafizə |
310 104 AZN |
27.12.2024 |
|
62 |
Bakı Musiqi Akademiyası |
Mühafizə xidmətinin satınalınması |
56 413 AZN |
27.12.2024 |
|
63 |
Dövlət İdarəçilik Akademiyası |
2025-ci il üçün inzibati-tədris binasının mühafizə xidməti |
88 911 AZN |
27.12.2024 |
|
64 |
Azərbaycan İdman Akademiyası |
2025-ci il üçün mühafizə xidmətinin satın alınması |
218 510 AZN |
26.12.2024 |
|
65 |
Azərbaycan Dövlət Pedaqoji Universitet |
2025-ci il üçün mühafizə xidmətinin satın alınması |
451 336 AZN |
25.12.2024 |
|
66 |
Azərbaycan Tibb Universiteti |
Azərbaycan Tibb Universiteti üçün 2025-ci il üzrə Mühafizə Xidmətinin satın alınması |
656 206 AZN |
23.12.2024 |
|
67 |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı |
ADPU Quba filialının 2025-ci il üzrə mühafizə xidmətlərinin satınalınması |
55 002 AZN |
20.12.2024 |
|
68 |
"Bakı Mühəndislik Universiteti" PHŞ |
Mühafizə xidməti |
376 713 AZN |
17.12.2024 |
|
69 |
Bakı Dövlət Universitetinin Qazax Filialı |
BDU Qazax Filialı mühafizə xidmətinin satınalınması |
132 991 AZN |
06.12.2024 |
|
70 |
"Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci" PHŞ |
Mühafizə xidmətinin satın alınması |
67 402 AZN |
25.09.2024 |
|
71 |
"Azərbaycan Minatəmizləmə Agentliyi" PHŞ |
Mühafizə xidmətinin satın alınması |
712 674 AZN |
17.09.2024 |
|
72 |
"Abşeron Rayon Mərkəzi Xəstəxanası" PHŞ |
Saray Modul tipli Vərəm Xəstəxanasının mühafizə xidməti |
43 358 AZN |
16.09.2024 |
|
73 |
Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ |
Mühafizə xidmətinin satın alınması |
128 537 AZN |
03.09.2024 |
|
74 |
Göyçay Peşə Hazırlığı Mərkəzi PHŞ |
Mühafizə xidmətinin satın alınması |
27 612 AZN |
12.08.2024 |
|
75 |
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi |
Mühafizə xidmətinin təşkili |
24 384 AZN |
22.07.2024 |
|
76 |
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec PHŞ |
Mühafizə xidmətinin satın alınması |
14 160 AZN |
19.07.2024 |
|
77 |
"Azərbaycan Dövlət İqtisad Universiteti" PHŞ |
“Məzun günü” tədbirinin keçirilməsi ilə bağlı mühafizə xidmətinin satınalınması |
4 779 AZN |
27.06.2024 |
|
78 |
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialı |
Mühafizə xidmətinin satın alınması |
36 816 AZN |
14.06.2024 |
|
79 |
"Azərbaycan Dövlət İqtisad Universiteti" PHŞ |
Mühafizə xidməti |
460 200 AZN |
25.05.2024 |
|
80 |
"Azərbaycan Dövlət İqtisad Universiteti”nin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci" PHŞ |
ADİU nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci-nin mühafizə xidmətinin satınalınması |
73 632 AZN |
10.05.2024 |
|
CƏMİ 2024 - 4 951 939 AZN |
||||
|
YEKUN - 44 498 409 |
||||















