Dövlət bankı Azər Türk Bank müəllim və daha yuxarı vəzifədə çalışan təhsil işçilərinə sərfəli şərtlərlə zaminsiz istehlak kreditləri təklif edir.
FED.az xəbər verir ki, kreditin maksimal məbləği 80 000 manatdır.
Bir ilədək olan istehlak kreditlərinin illik faiz dərəcəsi 9,9% təşkil edir.
Kreditlər 59 ay müddətinədək, minimal 0%-dən başlayan komissiya ilə verilir.
Bir ildən artıq müddətə kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq illik faiz dərəcələri və xidmət haqqı məbləği dəyişir.
Bank 24, 36, 48 ayadək müddətə olan kreditləri, müvafiq olaraq, illik 11,9%,12,9%, 13,9%-lə təklif edir.
Maraqlı şərtlərdən biri də odur ki, indi kredit götürən təhsil işçiləri əsas borcu 3-cü aydan etibarən ödəməyə başlaya biləcəklər.
Qeyd edək ki, digər banklarda krediti olan müəllimlər mövcud olan kredit öhdəliyini Azər Türk Bankda daha aşağı faiz dərəcəsi, daha uzun müddət və ya daha uyğun aylıq ödənişlərlə refinans edə, yəni yeni bir kreditlə əvəz edə bilərlər. Refinans edilən kreditin məbləği 10 000 manat olduqda xidmət haqqı 0% təşkil edir.
Krediti Azər Türk Bankın saytında online və atb360 mobil tətbiqində sifariş vermək olar.
Kampaniya 2026-ci il 31 iyul daxil olmaqla, həmin tarixədəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.















