Aprel ayının ajiotajı dollar alışında fantastik rəqəm ortaya çıxarıb. FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, aprel ayında əhali əlindəki manatı sataraq banklardan yarım milyard dollar alıb.
Rəqəmlərlə ifadə etsək, 2018-ci ilin aprel ayında banklar vətəndaşlara 545 milyon 659 min dollar satıb. Bu rəqəm 2017-ci ildən bəri qeydə alınan ən yüksək göstərici hesab olunur.
Eyni zamanda Türkiyə və Rusiyada milli valyutaların çökməsi şokunun təsiri altında Azərbaycan vətəndaşları əllərində olan dolları da satmaqdan çəkinib və daha çox yığıma yönəldiblər. Nəticədə əhalinin dollar satışı 133 milyon dollara düşüb. Eyni zamanda yığım vasitəsilə olaraq əhali banklardan avro və İngilis funtstrelinqinin də alışını artırıb.
İ.Abdullayeva
Əhali yarım milyard dollar alıb - DOLLARINI İSƏ SATMAYIB
16:36
6 İyun 2018