Almaniyanın "Deutsche Bank"ı xərclərini azaltmaq üçün 6 min işçisini ixtisar edəcək və 300 şöbəsini bağlayacaq.
FED.az xəbər verir ki, Bank qənaət etmək istədiyi illik məbləği 600 milyon avrodan 1 milyard avroya çatdırıb. Bundan başqa, maliyyə nəhəngi törəmə şirkəti "Postbank"ın da şöbələrini azaldaraq ildə 200 milyon avroya qənaət etməyi planlaşdırır.
Eləcə də bax: Almaniyanın bank sektoru da - «NEQATİV»Ə KEÇDİ
Xatırladaq ki, ümumilikdə 91 min işçisi olan "Deutsche Bank" daha əvvəl 2022-ci ilə qədər təxminən 18 min işçisini ixtisar edəcəyini açıqlamışdı.
Eləcə də bax: “Almaniya iqtisadiyyatını tənəzzül gözləyir” – Deutsche Bank
Report