Bugün Azərbaycan bankları valyuta hərracında aktivlikləri ilə seçiliblər. FED.az xəbər verir ki, hərraca 13 sifariş daxil olub və Neft Fondunun çıxartdığı 55 milyon dolların 54 milyonu satılıb.
Ən böyük sifarişlər 23 milyon və 10 milyon dollar olub və valyuta onlara 1.7001 məzənnəsi ilə satılıb.
Nəticədə hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.