Bugün Mərkəzi bankın nəzarəti ilə bloomberg terminalında keçirilən hərracda bankların dollar alışı artıb. FED.az xəbər verir ki, Dövlət Neft Fondu hərraca çıxartdığı 55 milyon dolların 40 milyon 400 min dollarını satıb.
Ümumilikdə banklardan 12 sifariş daxil olub. Dolların alış kursu isə 1.7000 - 1.7001 intervalında olub. Ən iri məbləğli dollar sifarişləri 10 milyon və 13,5 milyon dollar təşkil edib.
Bankların dollara tələbatı artmağa başlayıb - RƏQƏM
15:01
27 Fev 2018