Xəbər verildiyi kimi, Mərkəzi Bankın qərarı ilə Azərbaycanda 2 bankın («Atabank» və «Amrahbank») lisenziyası geri alınıb və onların müflis elan eilməsi proseduru başlanılıb, daha iki banka («AGbank» və «NBC Bank») isə müvəqqəti inzibatçı təyin edilib.
Eləcə də bax: Bağlanan bankların işçiləri üçün - YAXŞI XƏBƏR – İŞƏ DÜZƏLƏCƏKLƏR
Qanunvericiliyə əsasən. Belə hallarda banklarda bütün ödənişlər daynaırıdır. O cümləjən burada hesabı oba niş adamları və şireətləri hesablarırdan özəniş etmək qadağan eilir.
Bununla yanaşı, qanunvericilik bəzi hallarda banklardan ödənişlərin edilməsinə və bəzi vəsaitləri çıxarmağa imkan verir.
Eləcə də bax: Bu bankların qəbul etdiyi əmanətlər sığortalanır - SİYAHI
Mərkəzi Bankın hüquqşünası Tural Feyzullayev FED.az-a bildirib ki, normalda Bankın müflis elan olunması ilə bağlı ərizə məhkəməyə təqdim olunandan etibarən bankın istənilən növ ödənişlərlə bağlı öhdəliklərinə moratorium qoyulur, yəni bütün ödənişlər dayandırılır. Amma pandemiya ilə əlaqədar olaraq biznesə veridən dəstək istisna olacaq, yəni bu banklarda hesabı olan sahibkarlar dövlət dəstəyi kimi onlara ödənilən vəsaitləri çıxara biləcəklər: «Pandemiya ilə bağlı məsələ ilə əlaqədar olaraq məhkəmə qərarında da istisna qoyulub ki, Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq sahibkarlara əmək haqqı dəstəyi və fərdi sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi verilir. Həmin maliyyə dəstəyi üzrə ödənişlər istisna təşkil edəcək, yəni həmin banklarda bu ödənişəri almaq mümkün olacaq. Bu qayda həm inzibatçı təyin edilmiş «AG Bank» və «NBC bank»a, həm də müflis elan edilmiş «Atabank» və «Amahbank»a aiddir.
Eləcə də bax: “Amrahbank”ın işçilərinin - MAAŞI ÖDƏNİLDİ
Ümumiyyətlə bağlanmış və ya müvəqqəti inzibatçı təyin edilmiş banklarda hansı pulları problemsiz çıxarmaq olar?
Məsələn bankda, seyfdə olan pullar problemsiz çıxarılır, çünki bu bankın pulu sayılmır. Ona görə də onu problemsiz qaytarırlar.
Ümumiyyətlə isə, qanunvericiliyə görə, inzibatçı təyin edilən banklarla bağlı qadağalar müflis elan edilən banklarla müqayisədə daha yumşaqdır.
Belə ki, yuxarıda deyildiyi kimi, «Amrahbankda» və «Ata bankda» yalnız pandemiya ilə əaqədar olaraq sahibkarlara verilən yardımları – yəni əmək haqqı dəstəyi və fərdi-mikro sahibkarlara ödənişləri çıxarmaq olar.
Müvəqqəti inzibatçı təyin olunan digər iki banka gəlincə, onlarda həm bu iki ödənişi (pandemiya ilə bağlı yardımlar), həm də bankın öz əməkdaşlarına verilən əmək haqqı, həm də bankın cari təsərrüfat xərcləri çıxarıla bilər. Cari təsərrüfat xərcləri dedikdə - kommunal, su-dispenser, çatdırılma, müşhafizə və sair aiddir.
Amma bir məqam var – inzibatçı təyin edilən bankların bəzi əməkdaşlarına maaş verilə bilməz. Bunlar bankın idarə heyəti üzvləri, Müşahidə Şurası üzvləri və audit komitəsinin üzvləridir, yəni onlar maaşlarını ala bilməzlər.