Azərbaycanda daşınmaz əmlak sahəsinə ən çox kredit ayıran banklar məlum olub.
FED.az xəbər verir ki, əslində daşınmaz əmlak – ipoteka kreditləri ölkə banklarının kredit potrtfelində böyük yeri tutmur. Oktyabrın sonuna olan məlumata görə, bank sektorunun 14 milyvard 409 milyon manatlıq kredit portfelinin 1 milyard 983 milyon manatı, yəni 13,8%-i ipoteka kreditləridir.
Amma bəzi banklarda bu göstərici daha yüksəkdir.
Beləliklə 2020-ci ilin 3-cü rübünün nəticələrinə görə, Azərbaycanda ən çox ipoteka krediti verən bank Azərbaycan Beynəlxalq Bankıdır. Bu bankın ipoteka portfeli cəmi 667 milyon manatdır.
Sonrakı yerləri «Kapitalbank» - 208 milyon manat, «Xalq Bvnk» 140,7 milyon manat, «Bank BTB» - 114 milyon manat, «Muğanbank» - 109,6 milyon manat tutur (ətraflı – Bankların renkinqində).
Ölkədə 3 bank ümumiyyətlə ipoteka krediti ayırmayıb. Bunlar İran Milğli Bankının və Pakistan Mərkəzi Bankının Bakı filialları və «Ziraat Bank»dır.
Sənaye bank bu sahəyə cəmi 5 milyon manat, «Accessbank» isə 7,5 milyon manat ayırıb.
İpoteka kreditlərinin bankın kredit portfelindəki paya gəlincə, burada vəziyyət fərqlidir. Portfelində əmlak kreditlərinin ən çox paya malik olduğu bank – «Bank BTB»dir – 52%. Yəni «Bank BTB»nin kredit portfelinin yarıdan çoxuni ipoteka kreditləri təşkil edir.
Sonrakı yeri «Azər-Türk Bank» (47,5%), «Bank Avrasiya» (39%) «Günaybank» (33,7%) və «Muğan bank» (32,8%) tutur (ətraflı – Bankların renkinqində).
Beynəlxalq bankın ipoteka kreditləri ümumi portfeldə 27% təşki l edir. Yeri gəlmişkən, bir neçə gün əvvəl ABB yeni ipoteka proqramına start verib və nəticədə gələn il bankın ayırdığı ipoteka kreditlərinin həcminin bir qədər də artması gözlənilir.