Xəbər verildiyi kimi, Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni ipoteka kreditləri proqramına başlayıb.
Eləcə də bax: Ev almaq istəyənlər üçün Beynəlxalq Bankdan - Sərfəli Kredit imkanı
FED.az xəbər verir ki, yeni ipoteka krediti məhsulu təkcə kredit deyil, həm də əmanətlə birləşdirilib. Yəni bankdan ipoteka krediti götürmək istəyən şəxs, əvvəlcə buraya müddəti 1 ildən başlayan əmanət yatırmalıdır. Sonra bu əmanət ipoteka krediti üçün ilkin ödənişə çevrilir.
Azərbaycanda banklar əldə etdiyi ipoteka predmetlərinə görə - Vergidən Azad Oluna Bilər
Əmanətin şərtlərindən əvvəl kredit barədə məlumat verək.
Yeni ipoteka krediti əslində bankın daxili ipoteka krediti proqramı olsa da, onun şərtləri indiyədək digər bankların təqdim etdiyi ipoteka kreditlərindən daha sərfəli və liberaldır.
Belə ki, ABB-nin ipotekaa kreditlərinin faizləri aşağıdır – illik 9%-dən başlayır. Bu hətta dövlət ipotekasının faizlərinə (7-8% ətrafındadır) yaxındır. Yeni ipoteka kreditində tələb olunan ilkin ödəniş isə (10%-dən başlayır) dövlət ipotekasından da xeyli aşağıdır (25%-dən başlayır).
İpoteka və Zəmanət Fondu – Zəmanət və Subsidiya Şərtlərini Dəyişdi - SAHİBKARLARA YENİLİK
Ən əsası, digər banklardan fərqli olaraq Beynəlxalq Bankın yeni ipoteka krediti ilə təkcə yeni tikililəri deyil, köhnə mənzilləri də almaq mümkündür. Bununla bağlı məhdudiyyətin qoyulmaması müştərilərə imkan verəcək ki, öz zövqləri ilə yanaşı, imkanlarına da uyğun gələn mənzillər alsınlar.
Beləliklə, şərtlərə görə, Beynəlxalq Bankdan sözügedən ipoteka kreditlərini illik 9%-dən başlayan faizlərlə götürmək olar. Amma müştərilərə yanaşma fərqlidir. Maaşını Beynəlxalq Bankın kartı ilə alanlar daha sərfəli şərtlərlə kredit götürə biləcəklər. Belələri üçün illik faiz 9%, ilkin ödəniş isə 10% təşkil edir. Əmək haqqını digər banklardan alanlar isə krediti illik 10%-lə götürə biləcəklər. Kredit maksimum 20 illiyə, 240 aylığa ayrılır.
ABB-nin bu layihəsinə əsasən, ipoteka krediti götürmək üçün banka əvvəlcə əmanət yatırmaq lazımdır. Maraqlı məqam odur ki, əmanət hər ay bərabər hissələrlə yerləşdirilir. Yəni banka birdən-birə məsələn 10-20 min manat yatırmaq tələb olunmur. Əvvəlcədən əldə edilən razılaşmaya görə, müştəri öz imknalarından asılı olaraq banka ayda 300 manatdan 5 000 manatadək məbləğdə aylıq ödənişlər edir. Yəni aylıq məbləğ 300 manatdan az, 5 min manatdan artıq olmamalıdır.
Əmanət banka 1-3 il müddətinə qoyula bilər, onun illik faizi müddətdən asılıdır. 1 illik əmanətlər 7,5%, 2-3 illik isə 8%-lə qəbul edilir.
Müddət başa çatandan sonra toplanan məbləğ ipotkeka kredit üçün 10% ilkin ödəniş olur. Bu o deməkdir ki, kredit məbləği mənzilin qiymətinin 90%-i qədər təşkil edir.
Məsələn, müştəri banka ayda 307 manat olmaqla 1 illik əmanət yerləşdirirsə, müddətin sonunda onun hesabında, faizləri də nəzərə almaqla, 3834 manat yığılır. Öz növbəsində bank bu müştəriyə 38 min manat kreldit ayırır və müşhtəri təqribən 43 min manatlıq mənzil əldə edə bilir. 43300 manatlıq kreditə görə, aylıq ödəniş 368 manat təşkil edir.
Daha bahalı mənzil almaq istəyənlər əmanətdə aylıq ödənişi artıra bilərlər. Məsələn ayda 1005 manat əmanət ödənişi etdikdə, il ərzində hesaba 12 556 manat yığılır. Bu əmanətin sahibinə bank 134 100 manat kredit ayırır. Nəticədə əmanət sahibi təqribən 146-150 min manat qiymətinə ev avla bilir. Bu zaman aylıq ödəniş (söhbət 20 illik kreditdən gedirsə) 1207 manat təşkil edir.
Eyni şərtlə əmanət yerləşdirən başqa bankın müştərisi (yəni maaşını ABB-dən deyil, başqa bankdan alan şəxs) isə 135-138 min manatlıq mənzil ala bilər, onun da aylıq ödənişi 1200 manat ətrafında olacaq. Ümumiyyətlə kreditin maksimum məbləği 300 min manatdır. Bu məbləği götürənlər 20 illik kreditdə ayda 2700 manat ödəməli olacaqlar.
Sonrakı hesablamalar da bu formada olacaq (daha dəqiq hesablama üçün kalkulyatora keçid).
Bu üsul həm də ona görə sərfəlidir ki, əmanət müddəti başa çatandan sonra bank müştəri qarşısında hökmən kredit götürmək barədə tələb qoymur. Yəni müştəri həmni vaxt fikrini dəyişsə pulunu götürüb başqa məqsəd üçün istifadə edə bilər.
Qeyd edildiyi kimi, şərtlərə görə, kredit götürmək üçün əmanəti 1-3 illiyə yerləşdirmək olar. Əgər müştəri başalı ev almağı planlaşdırmırsa, onun üçün sərfəli variant 1 illik əmanətdir. Belə olan təqdirdə, əmlak bazarında ciddi dəyişiklik baş vermədən, cəmi 1 ildən sonra ev almaq olar. Amma bu halda 2-3 otaqlı ev almaq üçün əmanət kimi, ayda 500-600 manat ykerləşdirmək lazımdır.
Belə ki, sadə hesablamalar göstərir ki, banka 1 il müddətində ayda 507 manat əmanət yatıraraq 75 min manatlıq, ayda 607 manat yatırmaqla isə təqribən 90 min manatlıq ev almaq olar.
Kredit üçün aylıq ödəniş isə birinxi variantda 610 manat, ikinci variantda isə aylıq 729 manat olacaq.
Kredit götürəndə hökmən gəlirləri təsdiqləyən rəsmi sənəd olmalıdır. Qeyd edək ki, bir neçə il, məsələn 10 il əvvəllə müqayisədə gəlirlərin, o cümlədən maaşların rəsmi təsdiqi daha asandır və bu tələb kredit götürməkdə problem yaratmayacaq.
ABB-nin budəfəki İpoteka kreditləri proqramı ölkənin əsas əmlak bazarı sayılan Bakı, Sumqayıt və Abşeron rayonunu əhatə edir.
Bu məhsuldan Azərbaycan Beynəlxalq Bankı və ya digər banklardan əmək haqqı alan 18-60 yaş arası bütün Azərbaycan Respublikası vətəndaşları yararlana bilər.