Bu ilin ilk beş ayında bank sektoru tərəfindən 109.0 milyon manat mənfəət vergisi ödənilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu rəqəm ötən ilin eyni dövrü (107.4 milyon manat) ilə müqayisədə 1.6 milyon manat və ya 1.5% çoxdur.
Aylıq müqayisədə isə ödənilən vergi məbləği 18.9 milyon manat və ya 21% artıb. Mayın 1-nə (aprelin yekunu) bu göstərici 90.1 milyon manat olmuşdu.