2025-ci ilin iyunun 1-nə (may ayının yekunu) Azərbaycan bankları 430.7 milyon manat xalis mənfəət əldə edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü (519.7 milyon manat) ilə müqayisədə 89 milyon manat və ya 17.1% azdır.
Buna baxmayaraq, aylıq dinamikada artım müşahidə olunur. Bankların xalis mənfəəti aprel ayının yekunu (339.8 milyon manat) ilə müqayisədə 90.9 milyon manat və ya 26.8% artıb.