Ölkənin ən tanımış və iri banklarından olan "Azər Türk Bank" korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait köçürüb.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılıb.