“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti tender eıan edir
Tenderin adı: “AFB BANK” ASC tərəfindən şəbəkə avadanlıqlarının satın alınması
Tenderin elan tarixi: |
24.07.2024 |
Tenderin son tarixi: |
15.08.2024 |
Tenderdə iştirakın (yazılı şəkildə) təsdiq edilməsinin son tarixi: |
31.07.2024 |
Qiymət təkliflərinin göndərilməsinin son tarixi: |
15.08.2024 |
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- Tender təklifi 15.09.2024 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada icrası;
- Oxşar layihələrdəki iştirakı haqqında məlumat;
- Şirkətin təqdim edilən vendor üzrə avadanlığın Azərbaycanda qurulması təcrübəsi olmalıdır;
- Şirkətin təklif olunan avadanlığ üzrə sertifikasiyadan keçmiş əməkdaşı olmalıdır.
- Avadanlıqlar, onları istehsal edən şirkətin sənədləri ilə birlikdə təqdim olunmalıdır.
Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlərlə birlikdə 31.07.2024 tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466) ünvanına İlkanə Mütəllimova adına göndərməlidir.
Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcəkdir. Yaranacaq suallarla bağlı e-mail vasitəsilə ([email protected]) müraciət edə və yaxud İlkanə Mütəllimova (050 290 58 84) ilə əlaqə saxlaya bilərsiniz.