“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti açıq tender elan edir.
Tenderin adı: Yeni kondisionerlərin alınması və quraşdırılması
Tenderin elan tarixi: 14.08.2023
Tenderin son tarixi : 31.08.2023
22.08.2023 tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.
31.08.2023 tarixinə kimi qiymət təklifləri göndərilməlidir.
Sifariş sayı: 2 ədəd
Tələb edilən brend: Mitsubishi (kanal tipli)
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- tender təklifi 30.09.2023 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Texniki göstəricilərə uyğunluq;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada çatdırılması;
Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə 22.08.2023-cü il -tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.