«Land Rover» şirkəti «Range Rover Evoque» krossoverinin yenilənmiş versiyasını təqdim edib.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobil görünüşü və interyerində bir sıra təkmilləşdirmələr alıb.
Evoque daha incə görünən yeni radiator barmaqlığına, sadələşdirilmiş formalı gündüz işıqlarına malikdir. Daha yığcam mərkəzi konsol sayəsində avtomobilin salonu daha geniş olub. Bundan əlavə, avtomobilə diaqonalı 11,4 düym olan yeni əyri şüşəli media sistemli ekran quraşdırılıb.
Kresloların dəri örtüklərinə əlavə olaraq, toxumaya bənzər sıx parçadan hazırlanmış bir dekorasiya da əlavə edilib. Avtomobil dörd təchizat səviyyəsində mövcuddur və Böyük Britaniyada başlanğıc qiymət olaraq 40 000 funt sterlinqə (təxminən 87 min manata) təklif olunur.
Avtomobil üçün ön və tam ötürücü, eləcə də geniş çeşidli elektrik stansiyaları mövcuddur: 265 at gücünə malik dizel mühərrikləri və 204 at gücü, 160, 200 və 249 at gücü hasil edən benzin mühərrikləri. Maşının flaqman hibrid versiyası isə 309 at gücünə malik olacaq.