«Jaguar Land Rover» şirkəti yeni«Defender» modelinin sınaqlarının tezliklə başa çatacağını və modelin istehsalına başlanacağını elan edi. FED.az xəbər verir ki, yeni modelin özəlliyi – onun dünyanın az qala bütün nöqtələrində, çoxsaylı döızümlülük testlərindən keçirilməsidir.
Şirkət açıqlayıb ki, istehsalına başlanağı vaxtadək yeni «Defender» 45 min xüsusi testdən keçmiş olacaq. İndiyədək bu avtomobil -40 dərəcə şaxtaan tutmuş 50 dərəcə istiyədək az qala bütüntemperatur rejimlərində test edilib. Sınaqlar Arktikada və dəniz səviyyəsindən 3 kilometr hündürlükdə olan Kolorado dağlarında keçirilib.
Belə testlərlə yanaşı, «Defender»lər dünyanın müxtəlif ərazilərində və müxtəlif şəraitdə 1,2 milyon kilometr yol qət ediblər.
«Bütün bunlar göstərir ki, «Defender» indiyədək «Land Rover»in tarixində yaratdığı ən dözümdlü modeldir»- deyir «Jaguar Land Rover»in baş mühəndisi Nik Rodjers.
Yeni «Defender» tamamilə aluminium kuzaya sahib olacaq, kuzanın quruluşu isə «Discovery» və «Range Rover»i xatırladacaq. Avtomobil həm standart, həm də bir qədər uzun versiyada təqdim ediləcək. Həm benzin, həm də dizel mühərriklə buraxılacaq model «Land Rover»in Slovakiyanın Nitre şəhərindəki zavodunda buraxılacaq.
Eləcə də bax: Almaniyadan dizel maşınlarının ən çox daşındığı – ÖLKƏLƏR AÇIQLANDI