2023-cü ilin I yarısında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana minik avtomobillərinin və 10 nəfərdən az sərnişin daşınması üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin (əmtəə nomenklaturasının kodu 8703) ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə artaraq 131,414 milyon avroya çatıb.
7 ayda Çindən Azərbaycana 3,6 mindən çox - AVTOMOBİL GƏTİRİLİB
FED.az xəbər verir ki, Avropa qurumlarındakı mənbə bildirib ki, yanvar-iyun aylarında əsas ixracatçıların üçlüyünə Almaniya (57,055 milyon avro, artım 1,9 dəfə), Slovakiya (37,096 milyon avro, artım 2,3 dəfə) və İtaliya (16,135 milyon avro, artım 2,3 dəfə) daxil olub.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələrindən Azərbaycana minik avtomobillərinin və 10 nəfərdən az sərnişin daşınması üçün nəzərdə tutulmuş digər motorlu nəqliyyat vasitələrinin ixracı 2021-ci illə müqayisədə dəyər ifadəsində 2,6 dəfə artaraq 176,069 milyon avroya çatıb. (İnterfaks-Azərbaycan)