"Təmiz Şəhər" ASC-nin operatorluğu ilə həyata keçirilən prosesdə 2024-cü ilin oktyabr ayından indiyə qədər 30 min nəqliyyat vasitəsi utilizasiyaya verilib və bu rəqəm hər gün artır.
Utilizasiya: 1300-ə yaxın vətəndaş güzəştli şərtlərlə yeni avtomobil alıb
FED.az xəbər verir ki, bunu qurumun Nəqliyyat vasitələrinin utilizasiyası şöbəsinin müdiri Mirzə Laçınov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda utilizasiya proqramı kifayət qədər sürətli şəkildə və uğurla davam edir:
"Proqram çərçivəsində 1687 ədəd yeni yerli istehsal nəqliyyat vasitəsi güzəştli şərtlərlə əldə olunub. Nəqliyyat vasitəsi utilizasiyaya təhvil verildikdən sonra onu təhvil verən şəxsə təsdiqedici sənəd verilir və həmin sənəd imkan verir ki, şəxs iki seçimdən birini həyata keçirsin. O ya yerli istehsal yeni nəqliyyat vasitəsini satıcıya həmin sənədi təqdim etməklə endirimlə əldə eləyə bilər, yaxud əgər yeni maşın əldə etmək niyyəti yoxdursa, həmin güzəşt məbləğinin 70 faizi həcmində birdəfəlik ödəniş əldə eləyə bilər. İndiyə qədər nəqliyyat vasitəsini utilizasiyası məticəsində müraciət edən ərizəçilərə 1 milyon manatdan çox birdəfəlik ödəniş olunub".
Şöbə müdiri qeyd edib ki, utilizasiya proqramı çərçivəsində Bakı, Abşeron, Gəncə və Sumqayıtda bu proses həyata keçirilir. (Report)














