Moskva və Ankara Türkiyə pomidorlarının Rusiyaya tədarükü üçün kvotanı artırmaq barədə razılığa gəliblər.
Azərbaycanın pomidor ixracından gəliri - 20% AZALIB
FED.az xəbər verir ki, bu barədə cümə günü “Hürriyet” qəzeti prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə danışıqlarının yekunu üzrə administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırkı kvota 350 min ton təşkil edir. Kvotanın 150 min ton artırılaraq 500 min tona qədər artırılması qərara alınıb.
2016-cı ilin əvvəlindən 2017-ci ilin noyabrına qədər Türkiyə pomidorlarının Rusiyaya ixracı qadağan edilib. 2018-ci ilin mart ayında Türkiyədən 50 min tona qədər pomidor idxalı üçün kvota tətbiq edilib. Sonra bu həcm tədricən artırılıb. 2021-ci ilin may ayında kvota 300 min tona çatdırılıb. 2022-ci ilin aprel ayında Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi onu 350 min tona çatdırmaq barədə qərar qəbul edib. (Marja)