Bəzi hallarda çağırışçıların təhsil müəssisələrinə üz tutmasının səbəbi, təkcə öilik əldə etmək deyil, həm də hərbir xidmətdən yayınmaq və ya möhlət almaq olur.
FED,az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov мятбуата мцсащибясиндя щярби хидмят вя чаьырышчыларын тящсилини давам етдирмяк истяйи иля баьлы бязи мягамлара тохунуб.
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab - MÜSAHİBƏ
- Bu məsələni (Təhsil möhlətlərinin verilməsi) aydınlaşdırmaq üçün bir neçə məsələyə toxunacağam. Çağırışçı statusunda gələn vətəndaş artıq xaricdə təhsil alması ilə bağlı arayışı təqdim edir və onlara təhsil möhlətləri verilir.
Amma bəzi hallarda nə baş verir? 3 ildən bir komissiyadan keçməli olan hərbi vəzifəli şəxslər komissiyada yararlı hesab olunursa, 1 gün, 3 gün keçəndən sonra bizə arayış gətirirlər ki, mən xaricdə oxuyuram. 1 gündə, 3 gündə magistraturaya, doktoranturaya qəbul olmaq olarmı?
Bəzən də elə ölkələrdə olan universitetlərdə təhsil aldıqlarını iddia edən vətəndaşlar var ki, bilinmir orada hansı dildə təhsil alır? İnandırıram sizi biz həmin şəxslərlə müsahibə keçirsək və desək ki, öz tərcümeyi-halını həmin dildə səsləndir, bunu bacarmayacaqlar.
Ona görə də bu gün biz qanunvericilik normalarını gözləyirik. Təhsil möhlətlərinin verilməsi ilə bağlı qərarları biz məhkəmə orqanlarında mübahisələndirməyə hazırıq.
Bu gün Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyət göstərir, onların saytında Azərbaycanda tanınan təhsil ocaqlarının siyahısı dərc olunub. Vətəndaşları çağırıram ki, bu siyahıya mütləq qaydada diqqət yetirsinlər.
Bəzən bizim vətəndaşlarımızı aldadırlar. Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq? Bu məsələ bizi çox narahat edir. Artıq Xidmət olaraq, bizim bununla bağlı bəzi təkliflərimiz hazırlanır.
Biz bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik. Bütün faktorlar və meyarlar ölçülməli və təhlil olunmalıdır ki, həqiqətən də oxuyan uşaqlar zərər görməsin. Burada yeni normalar yaradılmalıdır.
Bu gün təhsil möhlətlərinin əsasında xidmətdən yayınma da korrupsiyaya şərait yaradır. Biz bu məsələlərə son qoymalıyıq. Oxuyanlara nə lazımdırsa, dəstək verək. Həqiqətən də, xaricdə magistraturada, doktoranturada oxuyan, əziyyət çəkən, imtahanlar verənlər var ki, təhsil möhləti alır. Digəri isə arayış əsasında sadəcə vaxt və vəsait itirir. Bu ədalətlidirmi?! Təbii ki, yox. (Apa, Real TV)














