Drilltechsolution MMC nizamnamə kapitalının azaldıldığını elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 780 min dollardan 580 min dollara endirilib.
Bu da mövcud kapitalın 200 min dollar azaldılması deməkdir.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar olaraq kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı, Məhəllə 1181, Blok A1, Mərtəbə 2 (AZ1025) ünvanına bildirə bilərlər.











