2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 15 772,9 milyon manat proqnazlaşdırılır.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1034,5 milyon manat və ya 7% çoxdur.
Həmin xərclər ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi) üçün nəzərdə tutulmuş xərclər daxildir.
2020-ci illə müqayisədə bu xərclərin büdcə xərclərinin tərkibində xüsusi çəkisi 6 faiz-bənd, mütləq ifadədə isə 1,6 dəfə artıb.