Naxçıvan Muxtar Respublikası ərazisində dövlət balansına alınmış qeyri-filiz faydalı qazıntı yataqları üzrə geoloji təftiş işləri aparılacaq, həmin yataqların qalıq ehtiyatlar hesablanacaq, yeraltı suların monitorinqi keçiriləcək.
FED.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə bununla əlaqədar “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Naxçıvan Muxtar Respublikası üzrə geoloji-kəşfiyyat işlərinin Dövlət Sifarişi” təsdiqlənib.