Dövlət büdcəsində vacib məqamlardan biri odur ki, bizim vergi daxilolmalarımız azalıb.
Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 29% artırılır
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Daha sonra nazir deputatların suallarını cavablandırıb.
“Deputatlar qeyd etdi ki, qısa müddət ərzində bizim xərclərimiz kəskin artıb. Biz maliyə imkanlarımıza real olaraq baxmalıyıq. Cari ildə dövlət büdcəsinə yenidən baxılmadan sonra büdcəyə edilən dəyişikliklər nəzərə alınmaqla növbəti ilin dövlət büdcəsində vergi daxilolmalarında azalma var. Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq azalıb. Yəni, iki dəfəyə qədər azalma baş verib. Bu, bizi kifayət qədər narahat etməlidir. Bunun müəyyən səbəbləri var. Biri odur ki, cari ilin əvvəlində dünya miqyasında qaz qiymətləri kəskin surətdə artmışdı. Yanvar-fevral aylarında hətta 3 min ABŞ dollarına qədər qaz qiymətləri artmışdı. Şübhəsiz ki, Azərbaycan da bundan bəhrələnmişdi. Artıq cari ilin iyul ayında biz bu gəlirləri dövlət büdcəsində əks etdirdik və həmin əlavə gəlirlərimiz işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına və hərbi xərclərimizin artırılmasına yönəltdik", - deyə nazir əlavə edib. (Trend)