Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1895,0 milyon manat nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Bu da cari ilin proqnozu ilə müqayisədə 195,0 milyon manat və ya 11,5 faiz, 2022-ci ilin icrası ilə müqayisədə 420,6 milyon manat və ya 28,5 faiz çoxdur. Fiziki şəxslərin gəlir vergisi üzrə proqnozlaşdırılan daxilolmaların 84,1 faizi və ya 1593,5 milyon manatı muzdlu işlə əlaqədar gəlir vergisinin, 15,9 faizi və ya 301,5 milyon manatı isə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir vergisinin payına düşür. Artıma səbəb makroiqtisadi göstəricilərə əsasən 2024-cü ildə Azərbaycan Respublikasında orta aylıq əməkhaqqının cari illə (930,0 manat) müqayisədə 5,4 faiz (980,0 manat) artımın olması, eyni zamanda qeyri-neft sektoru üzrə ÜDM-in nominal ifadədə 8,4 faiz artımı hesabına əlavə daxilolmaların proqnozlaşdırılmasıdır