Rusiyada kafe, restoran və gecə klublarına gedən müştərilərdən «əyləncə vergisi» tutulacaq.
Rusiyadan Gürcüstana səfər etmək istəyənlərin sayı - BİR GÜNDƏ 7 DƏFƏ ARTDI
FED.az xəbər verir ki, hazırda Dövlət Dumasında hazırlanan qanun layihəsinə əsasən bu vergidən yığılan vəsait Ukraynadakı döyüşlərdə iştirak edən şəxslərə dəstək üçün istifadə ediləcək.
Layihəyə əsasən kafe, restoran və gecə klublarında ödəniş hesablarına bu vergi kimi 1% əlavə ediləcək.
Dövlət Dumasının deputatı Mixail Matveyev bildirib ki, onsuz da kafe restoranlara gedənlər ofisiantlara hesabın 5-10%-i həcmində çay pulu verirlər, daha 1% ödəniş müştərilərə problem yaratmayacaq: «İnsan restorana, gecə klubuna gedir və əylənirsə, bu o deməkdir ki, onun artıq pulu var. Yəni yeni qanun maddi vəziyyəti çətin olanlara təsir etməyəcək, yalnız artıq pulu olanlara şamil olunacaq».