Rusiya hökumətinin Gürcüstana uçuşları bərpa edəcəyi barədə qərarından sonra Gürcüstana uçuşlara tələbat 7 dəfə artıb.
Gürcüstan Prezidenti Rusiyanın viza rejimini ləğv etməsini - TƏXRİBAT ADLANDIRDI
Prezident Şuşada 154 otaqlı böyük hotelin - AÇILIŞINI ETDİ
Moskvadan Bakıya yeni reys açıldı – TƏYYARƏ 85% DOLUDUR – QİYMƏT
Bakı rusiyalı turistlərin 3 ulduzlu oteldə qalmaq üçün - Ən Ucuz Xarici İstiqamətlərdən Biridir
FED.az xəbər verir ki, «Yandex Travel» xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, hava hərəkətinin bərpası ilə bağlı xəbərdən sonra Gürcüstanda uçuşlara və otellərin rezervasiyasına tələbat 7 dəfə artıb.
"Gürcüstanda uçuşlara və otellərin bronuna tələbat 7 dəfə artıb. Bunu Yandex Travel məlumatları da sübut edir", - şirkətdən bildirilib.
Müşahidə göstərir ki, Rusiya vətəndaşları Gürcüstana adətən yeddi günlük səfər edirlər. Rusların əksəriyyəti yayda bu ölkəyə səfər etməkdə maraqlıdır. Hazırda yay üçün uçuşların qiyməti hər iki istiqamətdə transfer daxil adambaşına 40 min rubldan (520 dollar) başlayır. Yeni qərardan sonra Gürcüstanda otellərin bronlaşdırılmasına maraq da artıb. Tbilisi səyahətlər üçün ən populyar şəhərə çevrilib.
Səyahət planlaşdırma xidməti olan «OneTwoTrip» isə mayın 10-da Gürcüstana aviabiletlərə tələbatın 3 dəfə, gürcü mehmanxanalarında yerləşdirməyə tələbatın gündə 1,5 dəfə artdığını qeyd edib. Qurumun nümayəndəsi Yelena Şelexova bildirib ki, artıq ajiotaj azalıb.
Hazırda Moskvadan Gürcüstanın paytaxtına adambaşına 14 min rubla (181 dollar və ya 310 manata) uçmaq, Tbilisidə üçulduzlu oteldə bir otağı isə günlük 1,4 min rubla (18 dollar və ya 31 manata) bron etmək olar.
Moskvadan Batumiyə isə uçuşun qiyməti 25 min rubldan (324 dollar və ya 550 manat) başlayır, oteldə gecələmək isə azı 3,2 min rubla (41 dollar və ya 70 manat) başa gələcək.