2022-ci ildə Azərbaycanda hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 8 522,5 milyon manat vəsait yığılıb.
FED.az xəbər verir ki, bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da bildirilir.
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı - 3% ARTIB
Sənədə əsasən, bu, 5 290 milyon manatlıq proqnoza qarşı 3 232,5 milyon manat və yaxud 61,1 %, 2021-ci illə müqayisədə isə 5 564,1 milyon manat və yaxud 2,9 dəfə çox olub.
Bu tədiyə növü üzrə daxil olan vəsaitin 30,7 %-i və yaxud 2 612,2 milyon manatı qeyri-neft sektorunun, 69,3 %-i və yaxud 5 910,3 milyon manatı neft sektorunun payına düşüb. (Report)