“MSDİS Holding” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Eləcə də bax: Zakir Qaralovun şirkəti külli miqdarda vergi borcu olduğunu - TƏSDİQLƏDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini bildirir.
Məlumata əsasən, “MSDİS Holding” MMC-nin vergi borcu 201 547 manatdır.
Qeyd edək ki, “MSDİS Holding” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 572 500 manatdır və qanuni təmsilçisi Mirfəyyaz Nağıyevdir. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb.