Ziraat Bank Azərbaycan
Risklərin idarəedilməsi departamenti-baş mütəxəssis
Mağaza direktoru axtarılır - MAAŞ 1700-3000 MANAT - VAKANSİYA
"Ziraat Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"Makro 2000" işçilər axtarır - MAAŞ 1700-2200 MANAT - VAKANSİYA
"TuranBank ASC" işçi axtarır - VAKANSİYA
"ATEF Şirkətlər Qrupu" işçilər axtarır - MAAŞ 600-1000-1500 MANAT - VAKANSİYALAR
"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR
"Bolt Azerbaijan" işçi axtarır - VAKANSİYA
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
"Green Cleaning MMC" işçi axtarır - MAAŞ 800-1200 MANAT - VAKANSİYA
"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - MAAŞ 500 MANAT - VAKANSİYA
Son tarix 23 noy 2024 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Bank sahəsində ən azı 3 il iş təcrübəsi, o cümlədən kreditləşdirmə sahəsində ən azı 1 il iş təcrübəsi;
- Ümumi bank işi haqqında məlumatlar, bank qanunvericiliyini, maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələblərini, bankdaxili normativ sənədlərin tələblərini bilməlidir. Kredit risklərinin idarəolunması təcrübəsindən xəbərdar olmalı və kreditləşdirmə praktikasına malik olmalıdır. Beynəlxalq təcrübədən xəbərdar olmalıdır;
- Araşdırma, təhlil etmə və analitik düşünmə bacarıqları, hesabat tərtib etmə;
- Müştərilər ilə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
- Maliyyə sahəsinə dair beynəlxalq sertifikatların olması arzuolunandır;
- Kompüter bilikləri (MS Office (xüsusi ilə yüksək Microsoft Excel bilikləri)).
- Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
- Kreditlərin təyinatı üzrə istifadəsini yoxlamaq;
- Kredit sahəsi üzrə məhsul/xidmət satışa çıxarılmadan əvvəl yarana biləcək risklər üzrə araşdırma aparılmasında və risklərin idarə olunması ilə bağlı təkliflər verilməsində iştirak etmək;
- Bankın erkən xəbərdarlıq modelinə uyğun Kredit Monitorinq sistemini qurmaq və həyata keçirmək, kredit monitorinq meyarlarını müəyyən etmək;
- Girov əmlaklarının qiymətəndirilməsi fəaliyyətinin və prosesinin təhlili və qiymətləndirilməsini həyata keçirmək;
- Borcalanları risk reytinqləri üzrə təsnifləşdirmək məqsədilə hazırlanmış Daxili Risk Reytinqi sistemini qiymətləndirmək və dövri olaraq yenilənməsini təmin etmək;
- Kənd təsərrufatı kreditləri üzrə borcalanın qanunvericiliklə kənd təsərrüfatı sahələri üzrə tələb olunan hüquqmüəyyənedici sənədlərə malik olub-olmaması yoxlamaq;
- Mövcud olduqda borcalanın, emitentin və kontragentin kredit reytinqi, habelə qiymətli kağızlarının bazar dəyərini izləmək;
- Bankın borcalanlarının maliyyə vəziyyətinin və girovların durumunun, girovun saxlanma şəraitini məsafədən və yerində monitorinqini həyata keçirmək, nəticələrini sənədləşdirmək və təqdim etmək;
- Kredit Risk hesabatlarının hazırlanmasında iştirak etmək.
Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 30-na qədər öz CV formalarını elektron poçt ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kreditlərin monitorinqi” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
IT Audit
Son tarix 23 noy 2024 [email protected]
Vəzifəyə olan tələblər:
- IT sahəsi üzrə risk yönümlü audit planının qurulması və müvafiq olaraq icrası;
- IT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması;
- IT infrastrukturu üzrə mövcud biznes proseslərinin analizi və effektivliyinin artırılması üzrə təkliflərin verilməsi;
- Bankda informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarətin mövcudluğunun yoxlanılması;
- Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi;
- Audit prosesində əldə edilmiş informasiyalar və nöqsanlar barəsində yazılı formada hesabatın hazırlanması və təqdim edilməsi;
- Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi.
Əsas vəzifələr:
- IT Mühəndislik üzrə təhsil, Ali (o halda IT üzrə sertifikat) ;
- IT sahəsi (IT təhlükəsizlik, sistem inzibatçılığı, proqramlaşdırma, verilənlər bazası və s.) üzrə 2 ildən artıq iş təcrübəsi;
- IT Audit və risklərin idarə olunması üzrə biliklər;
- Daxili və Beynəlxalq IT standartları üzrə biliklər.
Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 30-na qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “IT Audit” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.