Green Cleaning MMC
Supervayzer
Son tarix 23 noy 2024 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Tabeçiliyində olan ərazilərin təmizlik işini təşkil etmək.
- Təmizlik işlərinin vaxtında və keyfiyyətli görülməsini təmin etmək.
- İş bölgüsünün təmizlik işçiləri arasında düzgün bölgüsünü təşkil etmək.
- Təmizlik işinin gündəlik,həftəlik və aylıq qrafikinə uyğun aparılmasına nəzarət etmək.
- Kimyəvi maddələrin düzgün istifadəsinə nəzarət etmək.
- Şirkətə məxsus avadanlıq və maşınların düzgün istifadəsinə nəzarət etmək.
- İşçi personalının təhlükəsizliyini təmin etmək.
- Təmizlik işi gördüyü ərazinin rəhbərliyi ilə daimi olaraq əlaqədə olmaq.
- Təyin olunmuş toplantı, təlimlər və görüşlərdə iştirak etmək.
- Təmizlik işinin inkişafı üçün Layihə Menecerinə öz təkliflərini vermək
- Layihə Menecerinin verdiyi tapşırıqlara vaxtında əməl etmək.
- Baş vermiş neqativ hallar, insidentlər, digər şəxslərin hərəkətləri və ya başqa şirkətin siyasətinə və missiyasına aid olan məsələlər barədə Layihə Menecerini məlumatlandırmaq (yazılı və ya şifahi)
- Görülən işlər haqqında Layihə Menecerinə gündəlik məlumatlar vermək.
Əsas tələblər:
- Ali təhsilli
- İdarə etmə və təmizlik işinin təşkili sahəsində ən azı 2 il təcrübəyə malik olması
- Yaş həddi 25-40
- Komandada işləmə bacarığı
- İşçi qüvvəsini idarə etmə bacarığı
- Ünsiyyət qurma bacarığı
- Təmizliyə aid olan kimyəvi maddələr və avadanlıqlar haqqında biliklərə sahib olmalı
- Səhər və axşam növbələrində işləmə bacarığı
- Təşkilatçlılq, operativlik
- Rus dili biliyi üstünlükdür
Şərtlər:
- ARƏM-ə əsasən sənədləşmə
- İş qrafiki: 6 günlük- B.e-C- 09:00-17:00 Şənbə- 09:00-14:00
- İş yeri: Yasamal rayonu, A.Mirzəyev 6c (Statistika komitəsinə yaxın), Green Cleaning şirkəti
- Əmək haqqı: 800- 1200
Maraqlanan namizədlər mövzu hissədə "Supervayzer" yazaraq, CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.