Regency Consulting and Tax Solutions
Aparıcı mühasib
Son tarix 09 may 2024 - [email protected]
İş barədə məlumat:
- 1C 8.3 proqramında müəssisələrin uçotunun aparılması;
- ƏDV, SV, Əmlak, Mənfəət, DSMF, Statistika və sair hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Bütün növ maliyyə hesabatlarının hazılanması və 1C proqramında, mühasibat uçotu qaydalarına və vergi qanunvericiliyə uyğun əks edilməsinin təmin edilməsi;
- Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların kiçik mühasib tərəfindən düzgün icrasına nəzarət edilməsi;
- Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin təmin edilməsi.
İş şəraiti:
- Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
- Korporativ mobil nömrə;
- Ə/H 1200 AZN
Namizəd üçün tələblər:
- Mühasib vəzifəsində minimum 3 il iş ştajı;
- Ali təhsil;
- Beynəlxalq maliyyə və peşakar mühasib sertifikatına malik olması üstünlük təşkil edəcək;
- 1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı;
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi;
- Bütün növ vergi, dsmf və digər hesabat formaları ilə iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı (rus dili bilənlərə üstünlük veriləcəkdir).
Namizədlərdən “cv”-lərini elektron poçt ünvanına mövzu yerində "Aparıcı mühasib" başlığı yazmaqla göndərmələri xahiş olunur.