"Ramco" CJSC işçilər axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYALAR
"Veysəloğlu" Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYALAR
"Az-Granata" MMC işçi axtarır - VAKANSİYA
"VIP Aviation Services Company" işçilər axtarır - MAAŞ 800-900 MANAT - VAKANSİYA
"Azerloteraya" işçi axtarır - VAKANSİYA
"Finstab" işçi axtarır - MAAŞ 400-600 MANAT - VAKANSİYA
"SGEX Servis" işçi axtarır - MAAŞ 900 MANAT - VAKANSİYA
"Bank of Baku" işçilər axtarır - VAKANSİYALAR
"Baku Electronics" işçilər yığır - VAKANSİYALAR
Ramco CJSC
Texniki ofis mühəndisi
Son tarix 28 apr 2023 - [email protected]
Namizədə olan tələblər:
- Mühəndislik sahəsi üzrə ali təhsil;
- Texniki şöbədə minimum 5 il iş təcrübəsi;
- İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, AutoCAD,);
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
- Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq;
- Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür);
- Yaxşı ünsiyyət qura bilmək bacarığı,analitik qabiliyyət;
- Ezamiyyətlərə hazırlıqlı olması;
- Müstəqil iş bacarığı,işində məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi;
- Yol-inşaat materialların, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək;
- Materialların qəbul olunmasını və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil etmək;
- Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi;
- Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək,obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi;
- Layihə sənədlərinə,tikinti norma və qaydalarına,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi;
- Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı;
- Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi;
- Qiymətləndirmə üçün hesabatların aparılması;
- Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 2000 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki ofis mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Planlama mühəndisi
Son tarix 28 apr 2023 - [email protected]
Namizədə olan tələblər:
- Mühəndislik sahəsi üzrə ali təhsil;
- Planlaşdırma mühəndisi vəzifəsində, inşaat sektorunda ən azı 3 illik təcrübə;
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili arzuolunandır;
- Layihə Planlama Proqramları (Primavera) üzrə peşəkar biliklər;
- Bir neçə tapşırığı eyni zamanda görə bilmək və stress altında işləyə bilmək bacarıqları;
- Güclü analitik və məntiqi düşünmə bacarıqları;
- İşgüzar səfərlərə ezam olunmaq imkanı.
Vəzifə öhdəlikləri:
- Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
- Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
- Xüsusi proqram vasitəsi ilə (Primavera P6) iş həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
- Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
- İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
- Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
- Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
- Pul axını üzrə analiz və proqnozların hazırlanması.
İş şərtlərimiz:
- Əmək haqqı: 2000 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Planlama mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.