Qartal Tikinti Firması
Baş mühəndis
Son tarix 18 may 2025 -
İş yeri: Sumqayıt şəhəri, 48-ci məhəllə, Koroğlu prospekti 278, Qartal Tikinti Firmasının Baş ofisindədir.
Əmək haqqı: 2000 AZN (vergilər çıxıldıqdan sonra)
Tələblər:
- Minimum 3 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
- İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
- Tenderlərin qiymətləndirilməsi, təhvil aktlarını tərtib etməyi və layihəyə nəzarət bacarığına malik olmalı;
- Tikini obyektlərində işləri təşkil etmə bacarığına malik olmalıdır ;
- Kompüter biliklərinə (word, excel, outlook və s.) malik olmalıdır;
- Layihələndirmə işləri üçün proqramları bilməsi arzuolunandır; (Autocad, Archicad, Tekla Structural )
- Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
- B kateqoriya sürücülük vəsiqəsinin olması arzuolunandır.
İş haqqında məlumat:
- Tikinti sahələrində yerinə yetirilən işlərə nəzarət və rəhbərlik edilməsi;
- Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
- Ona tapşırılmış layihələr üzrə layihələrin öyrənilməsi, layihə üzrə tələb olunan material və avadanlıqların firmanın təchizat şöbəsinə və planlaşdırma şöbəsinə sifariş verilməsini sahə üzrə iş icraçıları ilə birlikdə müəyyən edib təmin etməli;
- Tenderlər üzrə iş həcmlərinin qiymətləndirilməsi, yerinə yetirilmiş işlər üçün təhvil-təslim aktının sənədləşdirilməsinin layihə koordinatoru ilə birlikdə tərtib edilməsi, sifarişçinin imzalaması üçün hazırlanması;
- Sifarişçiyə həftəlik raport göndərilməsi üçün müvafiq fotoşəkillərlə tərtib edilmiş raportları layihə koordinatoruna göndərməlidir;
- İşlərin yüksək keyfiyyətlə, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
İşçi üçün şərait:
- İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir. Bazar günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir.
- Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir.
- Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
Əlaqə vasitələri:
Namizədlərin CV-lərini Müraciət et butonunda qeyd olunan e-mail adresinə, mövzu hissəsində “Baş mühəndis” yazmaqla göndərmələri xahiş olunur. Yalnız CV-ləri uyğun görülən namizədlərlə əlaqə saxlanacaqdır.
Əlaqələndirici şəxs: Əhmədova Sehran
Telefon: +994 50 283 00 69