Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 5-də Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “Bir uşağın sabahına işıq ol!” şüarı ilə keçirilən 22-ci Ənənəvi Xeyriyyə Sərgisində iştirak edib.
FED.AZ xəbər verir ki, sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı Səfirliyinin müşavirləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, iş adamları iştirak edib.
Açılış nitqi ilə çıxış edən Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgünün həyat yoldaşı Zöhrə Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, “Bizim Ailə” jurnalının baş redaktoru Dr. Gülnarə Seyidova və Türkiyənin Azərbaycandakı Din Xidmətləri müşaviri İhsan Açık çıxışlarında Türk və Azərbaycan xalqlarının ortaq mədəniyyətində yardımlaşma, qonşuluq, həmrəylik və xeyriyyəçilik ənənələrinin mühüm yer tutduğunu vurğulayaraq, bu cür təşəbbüslərin cəmiyyətdə mərhəmət, paylaşma və sosial məsuliyyət dəyərlərinin güclənməsinə töhfə verdiyini bildiriblər.
Qeyd edək ki, Sərgidən əldə olunan vəsait valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil xərclərinə sərf ediləcəkdir.





![ATİB sədri 22-ci Ənənəvi Xeyriyyə Sərgisində iştirak edib – [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/797590.jpg)
![ATİB sədri 22-ci Ənənəvi Xeyriyyə Sərgisində iştirak edib – [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/555001.jpg)
![ATİB sədri 22-ci Ənənəvi Xeyriyyə Sərgisində iştirak edib – [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/851262.jpg)
![ATİB sədri 22-ci Ənənəvi Xeyriyyə Sərgisində iştirak edib – [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2165003.jpg)
![ATİB sədri 22-ci Ənənəvi Xeyriyyə Sərgisində iştirak edib – [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1049266.jpg)
![ATİB sədri 22-ci Ənənəvi Xeyriyyə Sərgisində iştirak edib – [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3999047.jpg)








