Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Daşkəsən rayonunda növbəti səyyar görüş təşkil edilib.
AMB-dən FED.az-a bildirilib ki, səyyar görüş zamanı vətəndaşların şifahi müraciətləri dinlənilib, maliyyə xidməti sahəsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb. Görüşdə vətəndaşlar tərəfindən kredit istəyi, kredit öhdəlikləri üzrə güzəşt istəyi və ATM quraşdırılması ilə bağlı müraciətlər səsləndirilib. Müraciətlərin bir qismi yerində araşdırılaraq müvafiq izahat verilib, əlavə araşdırma tələb edən məsələlər nəzarətə götürülüb.
Qeyd edək ki, vətəndaşlar görüşlərlə bağlı əlavə sual, təklif və müraciətlərini www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə Mərkəzi Banka ünvanlaya və ya “966” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.














