BONAFIDE Law Firm
Böyük hüquqşünas
Son tarix 08 iyl 2026 - [email protected]
BONAFİDE Hüquq Şirkəti “Böyük hüquqşünas” vəzifələrinə namizəd axtarışındadır!
Vəzifə öhdəlikləri:
- hüquqi tədqiqat və təhlillərin aparılması
- hüquqi məsləhətin verilməsi
- hüquqi arayışların və sənədlərin tərtib edilməsi
- Şirkətin fəaliyyəti ilə bağlı rəhbərliyin digər tapşırıqlarının icra edilməsi
Tələblər:
- Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)
- Azərbaycan və Rus dilində sərbəst danışmaq və yazmaq bacarığı
- Azı 2 il iş təcrübəsi (hüquq şirkətlərində iş təcrübəsi üstünlükdür)
- Vəkillər Kollegiyasının üzvü olması ciddi üstünlükdür
Qeyd: Hazırkı vəzifə şirkətin rusdilli müştəriləri ilə sıx ünsiyyət və əlaqə qurulmasını nəzərdə tutduğundan, rus dilini sərbəst bilməyən namizədlər nəzərə alınmayacaq.
Şərtlər:
- 5 günlük normal iş rejimi (09.00 – 18.00)
- Əmək qanunvericiliyi üzrə rəsmiləşdirmə
- 1200 – 1800 AZN məbləğində maaş (namizəddən asılı olaraq)
- Vəkil namizəd üçün əlavə bonuslar
Xahiş edirik, maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər. Email göndərərkən müraciət etdiyiniz vəzifənin adını qeyd etməyə unutmayın.
Müraciət edən namizədlərdən yalnız vakansiyaya daha uyğun gələn şəxslərlə əlaqə saxlanılacaq. Xahiş edirik bizimlə telefonla əlaqə saxlamağa cəhd etməyəsiniz.















