Uğur İndustry MMC
SƏTƏMM üzrə mühəndis
Son tarix 08 iyl 2026 - [email protected]
“Uğur İndustry MMC” SƏTƏMM üzrə mühəndis vakansiyası elan edir!
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali texniki təhsili olmalı;
- Müvafiq sahə üzrə 1-3 il əmək stajı olmalı;
- Sahə üzrə tələb olunan sertifikatlar olmalı:
- MS Office proqramları (Excel/Word, Outlook-la) ilə praktik işləmə bacarığı olmalı;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirmək;
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı fəaliyyətləri həyata keçirmək;
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasını həyata keçirmək;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasını təşkil etmək;
- Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsini təşkil etmək;
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasını həyata keçirmək;
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmaq və lazımi tədbirləri həyata keçirmək;
- Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq və rəhbərliyə təqdim etmək;
- Vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilmək;
Təminatlar:
- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
- Korporativ nömrə ilə təmin edilir.
- Əmək haqqı: Xalis: 1000-1200 AZN
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “SƏTƏMM üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.















