Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Asterias Təlim və İnkişaf Mərkəzi və “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Birlik Yarmarkası” adlı xeyriyyə sərgisi keçirilib.
FED.AZ xəbər verir ki, sərginin açılışında ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, millət vəkilləri, ictimai xadimlər, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, iş adamları, elm və təhsil müəssisələrinin, o cümlədən kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Məlumata görə, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə leykemiya ilə mübarizə aparan uşaqlara dəstək olmaq, cəmiyyətin diqqətini bu məsələyə yönəltmək və həmrəylik ruhunu təşviq etmək məqsədi ilə artıq ikincisi təşkil edilən sərgidə müxtəlif təhsil müəssisələrinin şagirdləri tərəfindən ərsəyə gətirilmiş 145 rəsm əsəri nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Asterias Təlim və İnkişaf Mərkəzinin təsisçisi Nərgiz Çalbay, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının xalq rəssamı Arif Hüseynov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Pərviz Səfərov, Azərbaycan Televiziyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli, “Leykemiya ilə Mübarizə” İB-nin sədri Mehriban Bağırova, tədbirə onlayn qoşulan Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza və digərləri bu cür təşəbbüslərin sadəcə maddi dəstək deyil, həm də mənəvi dayaq və sevgi körpüsü qurmaq baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
Açılış mərasimindən sonra rəsm əsərlərinin sərgi stendində və xeyriyyə auksionunda satışı həyata keçirilib. Xeyirxah təşəbbüsə həmçinin ATİB üzvləri - “Bureau 19” MMC və “Tonuby Group” MMC şirkətləri də qoşulub.
Sərgi-yarmarkada əldə olunan vəsait leykemiya ilə mübarizə aparan uşaqların müalicəsinə və onların rifahının yaxşılaşdırılmasına yönləndiriləcək.






![ATİB-in təşkilatçılığı ilə “Birlik Yarmarkası” adlı xeyriyyə sərgisi keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1525214.jpg)
![ATİB-in təşkilatçılığı ilə “Birlik Yarmarkası” adlı xeyriyyə sərgisi keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/605598.jpg)
![ATİB-in təşkilatçılığı ilə “Birlik Yarmarkası” adlı xeyriyyə sərgisi keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1692897.jpg)
![ATİB-in təşkilatçılığı ilə “Birlik Yarmarkası” adlı xeyriyyə sərgisi keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2100207.jpg)
![ATİB-in təşkilatçılığı ilə “Birlik Yarmarkası” adlı xeyriyyə sərgisi keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/7195.jpg)
![ATİB-in təşkilatçılığı ilə “Birlik Yarmarkası” adlı xeyriyyə sərgisi keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2631099.jpg)
![ATİB-in təşkilatçılığı ilə “Birlik Yarmarkası” adlı xeyriyyə sərgisi keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3372275.jpg)
![ATİB-in təşkilatçılığı ilə “Birlik Yarmarkası” adlı xeyriyyə sərgisi keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/411674.jpg)
![ATİB-in təşkilatçılığı ilə “Birlik Yarmarkası” adlı xeyriyyə sərgisi keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4408048.jpg)
![ATİB-in təşkilatçılığı ilə “Birlik Yarmarkası” adlı xeyriyyə sərgisi keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4530373.jpg)








