Matanat A
Satınalma mütəxəssisi (nəqliyyat ehtiyat hissələri alışı üzrə)
Son tarix 29 avq 2024 - [email protected]
İşin təsviri:
- Şirkətin nəqliyyat vasitələrinin təmirinin və ehtiyat hissələrinin alışının fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
- Alınan malların keyfiyyətinə mütəxəssis iştirakı ilə nəzarət.
Tələblər:
- Avtomobil ehtiyat hissələri alışı və təmiri sahəsində təcrübə (avtomobil ehtiyat hissələrini, servis və usta sexlərini tanıyanlara , mexaniki sahədə təcrübəsi olanlara üstünlük verilir);
- Nəqliyyat vasitələri, xüsusi texnika, ehtiyat hissələri və xidmətlərin satınalmasını planlaşdırmaq, araşdırmalar aparmaq, tenderlər təşkil etmək malların/xidmətlərin vaxtında təmin edilməsini təşkil etmək.
- Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək.
- Mövcüd şirkətlər və tədarükçülər siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək.
- Şirkətlər, ustalar, tədarükçülərlə danışıqlar aparmaq, görüşlər keçirmək və şirkət üçün ən sərfəli şərtləri razılaşdırmaq.
- Təsdiq edilən təkliflər əsasında Satınalma müqavilələrinin hazırlanıb icra edilməsi.
- Ali təhsil;
- Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
- Kompüter biliyi;
- 3 il iş təcrübəsi;
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İş yeri: Baş Ofis – Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı);
- Korporativ nömrə verilir;
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərə bilərsiniz.