Liv Bona Dea Hospital
Baş direktorun köməkçisi (xanım)
Son tarix 25 sen 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Baş direktora gündəlik olaraq biznes dəstəyinin təmin edilməsi;
- Daxili/xarici yazışmalar, sorğular, protokollar, sənəd dövriyyəsinə və s. idarə etmək;
- Görüş və iclasların planlaşdırılması və təşkili;
- Rəhbərliyin tapşırıqlarının aktiv şəkildə təyinatı üzrə yönləndirilməsi, tapşırıqların icra intizamına nəzarət;
- İşlərin təlimatlara uyğun qaydada təşkili və icrası;
- Məlumatların toplanması, materialın tədqiqi, təqdimatların yaradılması və həmkarların/menecerlərin müvafiq rəyinin təmin edilməsi daxil olmaqla, yığıncaqlar üçün təqdimatlar, çıxışlar və sənədlər kimi bir sıra materialların hazırlanması;
- Aidiyyatı tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil olması vacibdir
- Yaş həddi 24-35 yaş arası.
- 2 il qeyd edilən vəzifədə iş təcrübəsi
- Türk dili və ingilis bilməsi vacibdir,Rus dilini bilməsi arzu olunandır
- Yüksək kargüzarlıq bilikləri
- MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər;
- Təşkilatçılıq və vaxtın düzgün idarə olunması bacarığı;
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq
- Kollektivdə işləmə bacarığına malik olmaq
- Məsuliyyətli və diqqətli olmalı
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
E-mail: [email protected]