Bu ilin sentyabr ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 40,96 % təşkil edib.
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etiraz aksiyasına başladılar
FED.az xəbər verir ki, "Statcounter" agentliyinin son hesabatına görə, bu, avqust ayına nisbətən 1,61 faiz bəndi, 2025-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə 14,49 faiz bəndi çoxdur.
İkinci sıradakı "Xiaomi"nin bazar payı aylıq müqayisədə 2,04 faiz bəndi, illik müqayisədə isə 9,27 faiz bəndi artaraq 28,71 % olub.
Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 2,08 faiz bəndi və illik müqayisədə 5,53 faiz bəndi və ya 22 % azalaraq 15,67 % olub.
Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq müqayisədə 2,32 faiz bəndi, illik müqayisədə isə 15,45 faiz bəndi azalaraq 7,48 % təşkil edib. (report)












