Başkent Restoranlar Şəbəkəsi
Restoran Meneceri
Son tarix 27 mar 2024 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə (restoran meneceri kimi) 3-5 il təcrübə mütləqdir;
- Dil bilikləri: mütləq səlis azərbaycan dili, rus dili və ingilis dili arzuolunandır;
- Yaş 25-40;
- Komandada işləmək bacarığı;
- Punktual, məsuliyyətli, detallara diqqətli, səlis nitqli;
- İdarəetmə və problem həll etmə bacarığı olmalı;
Öhdəliklər:
- Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək;
- Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsini təmin etmək, onların işinə nəzarəti və iş bölgüsünü həyata keçirmək;
- Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək;
- İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması və həyata keçirilməsinə nəzarəti təmin etmək;
- Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
- Əsas vəsaitlərə və az qiymətli istehlak materiallarına nəzarət etmək;
- Görülən işlərin və xidmətlərin uçotunun təşkilini, istehsal fəaliyyəti üzrə hesabatların tərtibini həyata keçirmək;
- Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək;
- Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək;
- Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək və təmin etmək;
- Restoranın satış planının icrasını təmin etmək;
- Tələb olunan hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək;
- Müştəri məmnuniyyəti üçün çalışmaq;
Dəyərlərimiz:
- 20 illik iş təcrübəsini bölüşmək;
- İnkişaf və davamlı öyrənmək istəyi;
- Qayğı göstərmək və kömək etmək istəyi;
- Dürüstlük və ədalətli iş mühiti;
İş şəraiti:
- İş vaxtı qrafikə əsasən, 6 günlük iş rejimi;
- Əmək haqqı 1200+bonus;
Namizədlər CV-lərini “Restoran meneceri” başlığı altında elektron ünvanına göndərə bilərlər.