Baku Coffee
Baş Mühasib
Son tarix 22 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının dəqiq uçotunu təşkil etmək;
- Vergi (ƏDV, ÖMV, Mənfəət, Gəlir, Əmlak), DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- Əmək haqqı hesablanmasına nəzarət etmək, onun yoxlanılmasını və ödənişlərini icra etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
- Debitor və kreditor borclara nəzarət;
- Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət;
- Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar.
- Və s.
Tələb olunan:
- Ali təhsil
- 1C təcrübə;
- Minimum 3 il mühasibatlıq təcrübəsi;
- Ofis Proqram Bilikləri;
- Vergi Məcəlləsi bilikləri;
- Statistika;
- DSMF Hesabatları bilikləri
İş şəraiti:
- Əmək haqqı razılaşma ilə (1500- 2000) azn arası
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə • Həftədə 5 iş günü (10:00-19:00), 2 gün istirahət
- Telefon xərcləri şirkət tərəfindən qarşılanır