Azersun Holding
Həkim
Son tarix 06 mar 2026 - Müraciət et
Müəssisə: AZƏRSUN HOLDINQ MMC
Azersun Holding haqqında:
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə öhdəlikləri:
- Xəstələrə tam həcmdə ilkin tibbi yardım göstərmək
- İlkin tibbi yardımdan sonra, ehtiyac yarandıqda xəstəni müvafiq xəstəxanaya yönləndirmək
- Xəstəxanaların profilini bilmək, xəstənin diaqnozu və vəziyyətinə uyğun olaraq düzgün tibb müəssisəsinə istiqamətləndirmək
- Tibb məntəqəsinə müraciət edən xəstələrin qeydiyyatını müvafiq jurnallarda və elektron sistemdə aparmaq
- Xəstəlik tarixçələrini, müayinə nəticələrini və müalicə protokollarını incələmək, sağlamlıqla bağlı məsələlərdə birbaşa və ya telefon vasitəsilə məsləhət vermək
- İstehsalatda xəsarət alan işçilər barədə onların çalışdıqları müəssisənin məsul şəxslərini dərhal məlumatlandırmaq
- Digər tibb müəssisələri ilə koordinasiyalı şəkildə planlı tibbi tədbirlərin icrasında iştirak etmək
- Tibbi etika və deontologiya qaydalarına riayət etmək
- Tibb sahəsindəki yenilikləri izləmək və ixtisasartırma kurslarında iştirak etmək
Tələblər:
- Ali tibb təhsili (ümumi tibb, ixtisaslaşmış tibb və ya rezidentura)
- Müvafiq ixtisas üzrə diplom və sertifikatların mövcudluğu
- Minimum 3 il iş təcrübəsi
- Tibbi etika və deontologiya qaydalarını bilmə
- İxtisas üzrə müasir diaqnostika və ilkin tibbi yardım metodlarına bələdlik
- Kompüter və ofis proqramları üzrə baza bilikləri
- Tibbi və digər informasiya sistemləri ilə işləmə bacarığı
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri, Azersun Holdinq / Korporativ ofis
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Servis xidməti: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət
Müraciət:
Tələblərə cavab verdiyiniz halda CV-nizi [email protected] ünvanına göndərməyiniz və ya Müraciət Et düyməsində göstərilən link-ə daxil olaraq hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Həkim - 29391 ” qeyd edilməlidir.
Baş Zootexnik
Son tarix 06 mar 2026 Müraciət et
Müəssisə: Şamaxı Dairy Farm MMC
Tələblər:
- Sahə üzrə ali təhsili olmalı.
- Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar verməyi bacarmalı.
- Sahə üzrə minimum 2-3 il iş təcrübəsi.
- Komanda ilə işləmək və ünsiyyət bacarığı.
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
Vəzifə öhdəlikləri:
- Təsərrüfatın yem balansını tərtib etməyi, yem bazasını möhkəmləndirməyi, gündəlik fərdi və qrup halında yem payını tərtib etməyi, onların düzgün yerinə yetirilməsinə nəzarət etməlidir.
- Yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasının təşkilini həyata keçirməlidir.
- Yem və dağıtım maşınlarının sazlığından və malzəmə tələbindən sorumludur.
- Süd analizini həyata keçirirərək yem rasionlarını hazırlamaq.
- BCS kontrolları və sistemə işləməni həyata keçirməlidir.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Kürdəmir rayonu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində göstərilən link-ə daxil olaraq hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ Baş Zootexnik” qeyd etməyiniz xahiş olunur.
Sistem operatoru (Kürdəmir)
Son tarix 06 mar 2026 Müraciət et
Müəssisə: Şamaxı Dairy Farm MMC
Tələblər:
- Ali təhsilli olmalı.
- MS Office proqramlarında işləməyi bilməli.
- Araşdırma və yenilikləri tətbiq etmək bacarığı olmalı.
- Təhlil, müqayisə və qərar vermək bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan və geri qaytarılan məhsulları müvafiq proqrama işləyir.
- Sifariş toplama operatorlarını daşımalar zamanı yönləndirmə funksiyalarını yerinə yetirir.
- Məhsul qəbulu zamanı yaranan problemləri yerində həll edir.
- Anbardarlar tərəfindən məhsul qəbulu və ya çıxışı zamanı yaranan problemi proqram üzərindən həll edir.
- Planlama tərəfindən gələn məhsul tələbinə əsasən yükləmələri qapılara bölüşdürür.
- Artıq məhsullar barədə anbardara məlumat verir.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməlidir.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
- Növbəli iş rejimi.
Ünvan: Kürdəmir rayonu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində göstərilən link-ə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sistem operatoru Kürdəmir” qeyd etməyiniz xahiş olunur.
Aqronom (Kürdəmir )
Son tarix 06 mar 2026 - Müraciət et
Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Namizədə aid tələblər:
- Ali təhsil (Müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Toxumçuluq, bitki istehsalının, əkinçilik təcrübəsinin və təsərrüfat avadanlıqlarının istismarı haqqında məlumatlı olmalı;
- Toxumçuluğun və bitki yetişdirilməsinin yaxşılaşdırılması üçün tədqiqat üsulları və texnikalarını bilməli;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
İş haqqında məlumat:
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
- Əkin sahələrində torpağın məhsuldarlığını artırmaq;
- Təsərrüfatda daxili yerquruluşu işlərini aparmaq;
- Əkin dövriyyəsini tətbiq etmək, əkin sahələrinin səmərəli quruluşunu vermək, təbii torpaqları yaxşılaşdırmaq, bu sahələri eroziyadan qorumaq, yem bitkiləri əkinin və çoxillik əkmələrin sahəsini genişləndirmək və yüksək aqrotexnikanın tətbiqini təmin etmək;
- Əkin sahələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir;
- Kənd təsərrüfatı bitkilərinin çoxaldılması, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlərdə iştirak edir və təkminləşdirməsini həyata keçirir;
- Əkin və məhsuldarlığın artırılması üçün tədqiqatlar aparmaq;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Kürdəmir rayonu
Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində göstərilən link-ə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Aqronom (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.











