Azərpoçt
Network Administrator (Telekommunikasiya şöbəsi)
Son tarix 25 fev 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şəbəkə avadanlığının sazlanması, quraşdırılması və kommutasiyası;
- Şəbəkə avadanlığının diaqnostikası və nasazlıqların aradan qaldırılması;
- Şəbəkə avadanlığının konfiqurasiyalarının dəyişdirilməsi, rezervləşdirilməsi və bərpası;
- Giriş hüquqlarının konfiqurasiyası, qurulması və ayrılması;
- Tunellərin təşkili və dəstəklənməsi;
- IP telefoniyanın idarə edilməsi;
- Yeni kanalların qoşulmasında iştirak (avadanlığın sazlanması və kanalların qəbulu);
- Şəbəkə infrastrukturu monitorinq sistemlərinin idarə edilməsi;
- Aktiv şəbəkə avadanlığının monitorinqi, trafik analizi, qəza hallarının aradan qaldırılması, troubleshooting;
- Provayderlərlə qarşılıqlı əlaqə (texniki məsələlərdə, şəbəkə avadanlıqlarında və rabitə kanallarında problemlərin aradan qaldırılması zamanı və s.);
- İnformasiya sistemlərinin, avadanlıqların, lisenziyaların, proqramların və s. uçotu;
- Cari konfiqurasiyanın sənədləşdirilməsi, kommutasiya jurnallarının, sxemlərin, infrastruktur üzrə məlumatların aktual vəziyyətdə saxlanılması.
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Sənədlərlə işləmə bacarığı;
- Korporativ seqmentdə / inteqratorda şəbəkə və telekommunikasiya texnologiyaları sahəsində 1 ildən artıq iş təcrübəsi;
- Korporativ WAN şəbəkələrinin qurulması, inkişafı və müşayiət təcrübəsi;
- IP telefoniya ilə iş təcrübəsi;
- Şəbəkə avadanlığının quraşdırılması və qoşulması üzrə təcrübə;
- İngilis və rus dili biliyi (texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar).
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Network Administrator” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Daxili daşımalar üzrə satış şöbəsinin müdiri
Son tarix 25 fev 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Satış şöbəsinin işinin təşkili üçün qayda və prosedurların hazırlamaq və tətbiq etmək;
- Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək;
- Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək;
- Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
- Təkrar müştərilərə çarpaz satış məhsulları və xidmətləri ilə bağlı təkliflər hazırlamaq;
- Rəqib təşkilatlar, onların bazara təqdim etdiyi oxşar məhsullar barədə mütəmadi olaraq araşdırmalar aparmaq və Marketinq şöbəsi ilə davamlı məlumat mübadiləsi aparmaq;
- Müştəri məmnuniyyətini yüksək saxlamaq üçün daxil olan şikayət və təklifləri toplayıb Marketinq şöbəsi ilə əlaqələndirmək, şikayət və təklifləri analiz etmək
- Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək;
- Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq.
Vəzifə üzrə tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, Menecment. Marketinq);
- Satış idarə edilməsi sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
- Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığı,;
- Əla ünsiyyət və təqdimat bacarığı;
- Satış və müştəri yönümlülük;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Hesabatlıq və təqdimat bacarığı;
- Ünsiyyətcillik;
- Nəticəyönümlülük.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı ;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Daxili daşımalar üzrə satış şöbəsinin müdiri” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Junior Sistem Administrator (Sistemlərin idarə olunması şöbəsi)
Son tarix 25 fev 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Ərazi üzrə paylanmış server infrastrukturunun fasiləsiz fəaliyyətinin idarə edilməsi və təmin edilməsi: serverlər, virtual infrastrukturu, SAN;
- Windows Server (Active Directory, Exchange Server, Terminal Servers, DNS, DHCP, GPO, IIS və s.) və Linux OS server proqramlarının və servislərin sazlanması, istismarı və idarə edilməsi;
- Virtual infrastrukturun sazlanması, istismarı və idarə edilməsi;
- İnfrastruktur monitorinq sisteminin qurulması və idarə edilməsi;
- Problemlərin diaqnostikası və aradan qaldırılması, infrastruktur performansının təhlili;
- Giriş hüquqlarının sazlanması, konfiqurasiyası və fərqləndirilməsi;
- Domain registrars, hosting providers ilə qarşılıqlı əlaqə;
- Təchizatçılarla qarşılıqlı əlaqə (texniki məsələlər üzrə, server avadanlığının problemlərinin aradan qaldırılması zamanı və s.);
- Cari konfiqurasiyanın sənədləşdirilməsi, sxemlərin, infrastruktur üzrə məlumatların aktual vəziyyətdə saxlanılması. İnformasiya sistemlərinin, avadanlıqların, lisenziyaların, proqramların və s. uçotu;
- Profilaktik və reqlament işlərinin aparılması;
- Ehtiyat nüsxələrin çıxarılması (Backup) və məlumatların bərpasının (Restore) təşkili və təmin edilməsi;.
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Sənədlərlə işləmə bacarığı;
- Korporativ seqmentdə / inteqratorda ərazi üzrə paylanmış şəbəkə infrastrukturunun sistem inzibatçısı vəzifəsində 2 ildən artıq iş təcrübəsi;
- Microsoft Windows Server OS ilə bağlı dərin bilik və təcrübə;
- Microsoft Exchange Server idarəetmə təcrübəsi;
- Linux OS server ilə bağlı bilik və təcrübə;
- VMware vSphere virtualizasiya sistemlərinin idarə olunmasında bilik və təcrübə;
- PowerShell-də (python, bash) skript yazma təcrübəsi;
- Veb serverlərləri ilə (IIS, Apache, NginX) iş təcrübəsi;
- Şəbəkə bilikləri – OSI layer, IP Subnetting;
- Virtual şəbəkələrin qurulması prinsiplərinin anlaşılması;
- Monitorinq sistemləri ilə işləmək bacarığı;
- İnformasiya təhlükəsizliyinin prinsiplərinin və əsaslarının bilməsi;
- İngilis və rus dili biliyi (texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar).
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Junior Sistem Administrator” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.