Azenco OJSC
Tender üzrə baş mütəxəssis
Son tarix 10 fev 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması;
- Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;
- Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatınin müəyyənləşdirilməsi.
Davranış bacarıqları:
- Təhlil etmək və problem həll etmək bacarığı;
- Ünsiyyət bacarığı;
- Tapşırıqların icrasında çevik yanaşma bacarığı;
- Analitik və problem həll etmə bacarığı;
- Əməkdaşlıq və Komanda işi;
- Vaxtın düzgün idarə edilməsi;
Biliklər:
- Ali təhsil (Tikinti üzrə olması üstünlükdür);
- Azərbaycan, İngilis və Rus dillərini bilməli;
- Sənaye malları üzrə təchizat və tender sahəsində iş təcrübəsi 3 ildən artıq;
- MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- Tikinti sahəsi barədə məlumatlı olması.
Əmək şəraiti:
- Həftə içi 5 gün saat 09:00-18:00);
- İstirahət günləri: Şənbə və Bazar;
- Korporativ nömrə (korporativ paket);
- Əməkhaqqı: Namizədin təcrübəsinə əsasən müəyyənləşdiriləcək;
- Ünvan: Bakı şəh, Xətai rayonu, Daşqın Səfərov küç. 9
E-mail ünvanı: [email protected], [email protected].