AZEA Group
Tikintidə layihə rəhbəri
Son tarix 18 noy 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Layihəyə texniki və metodiki rəhbərliyi həyata keçirir, layihə üzrə bütün işlərin və mərhələlərin ardıcıllığını təmin etməlidir.
- Fərdi layihələri idarə etmək , statuslarını təqib etmək və uğurlu şəkildə nəticəyə çatmasını təmin etmək, lazım gəldikdə əlavə strukturları işə cəlb etmək;
- Layihə çərçivəsində iş bölgüsünü etmək, vəzifələri təyin etmək;
- Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin qarşısını almaq və ya həll edilməsini təmin etmək;
- Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
- Layihə çəçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısını alınması üçün tədbirlər planı hazırlayır və ehtiyac yarananda tətbiq etmək
- Yeni layihələrin inşasında , texnoloji proseslərin işlənib hazırlanmasında və mövcüd tikintinin rekonstruksiyasında əməyin təşkilini normativ-hüquqi tələblərə uyğun olaraq həyata keçirmək.
- Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini, maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək .
- Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi, bunların icrasına nəzarət etmək və rəhbərliyə hesabat vermək.
- Gündəlik hesabatların hazırlanması və əlaqəli şəxslərə çatdırılmasını təşkil etmək.
- Vəzifələri ilə bağlı hər növ yazışma, müqavilə, hesabat və s. sənədlərin nizamlı şəkildə hazırlamaq və saxlamaq.
Ümumi tələblər:
- Mühəndislik ixtisası üzrə ali təhsil;
- Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili-səlis, Rus dili-arzuolunandır;
- Kompüter bacarıqları: MS Office
- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
- Sertifikatların olması arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı;
Əmək haqqı: 1000-1200 manat
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron poçt ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz (Tikintidə layihə rəhbəri) vakansiyanın adını qeyd edəsiniz